İran yaşıl püstə ləpəsi istehsalında rəqibsizdir
  • 2016.10.24 12:01
  • 62965

İran yaşıl püstə ləpəsi istehsalında rəqibsizdir

İran püstəsi adı və dadı ilə dünyada tanınır. Həmçinin, məşğulluq üzrə mühüm sahələrdən sayılır. Ötən illər ərzində bəzi ölkələrin dünyanın püstə pazarında böyük bir paya yiyələnmələrinə baxmayaraq, yaşıl püstə ləpəsi bazarında İranın payı üstünlük təşkil edir.

Anaj xəbər agentliyi-nin verdiyi məlumatına görə,bu il təqribən 120 min ton quru püstə istehsal etmişik. Bu ilki məhsul 30 ton artımın şahidi olub. Məhsulun keyfiyyəti də yaxşılaşıb. Ötən illərlə müqayisədə məhsul daha yaxşıdır. Bunun səbəbi ziyanvericilərə qarşı dərmanlamanın düzgün aparılmasıdır. Məhsul yığımından sonra , emal prosesi başlanır.

Bağdan yığılaraq bura gətirilən təzə püstənin ilk növbədə qabığları təmizlənir. Yuyulduqdan sonra püstə məxsus hovuzlara doldurulur.

Püstənin üst qabıqlarından kompozit gübrə hazırlanır. Hətta, püstənin sərt qabığı da istifadəyə yararlıdır. Ondan heyvan yemi hazırlanmasında istifadə edilir.

Amma, püstədən əldə edilən ən mühüm məhsul onun yaşıl ləpəsidir. Bura isə püstə ləpəsinin rəndələndiyi bölmədir.

Püstə ləpəsi bu bölməyə daxil olduqdan sonra, yoxlanılır və rəng bölməsində emala hazırlanır. 

Püstə ləpəsi bu bölməyə daxil olduqdan sonra, qabığı soyulsun deyə suda qaynadılır. Daha sonra qabığı soyulur.

Burda püstə ləpəsi rənginə görə bölüşdürülür. Daha sonra isə qablaşdırılaraq, ixrac edilir. Püstə burda xeyli əlavə dəyər qazanır.

Bizim istehsal etdiyimiz yaşıl püstə ləpəsi demək olar ki, İranın inhisarındadır. Hətta, hazırda ən böyük püstə istehsalçısı olan Amerika da yaşıl püstə ləpəsi istehsal edə bilmir.

Yaşıl püstə ləpəsi əsasən Avropaya ixrac edilir. Ondan qida və kosmetik vasitələrin istehsalı sənayesində istifadə edilir.  

 

Açar sözlər:
مشاهده مطلب
yorum
  • 0
  • 0
  • 0
  •  
آناج نظرات حاوی ...
  •