Bu il, iqtisadi inkişaf ilidir
  • 2016.10.23 14:54
  • 62867
Ruhani:

Bu il, iqtisadi inkişaf ilidir

İran İslam Respublikası prezidenti cari ili iqtisadi inkişaf ili adlandırıb.

Anaj xəbər agentliyi-nin verdiyi məlumatına görə, Həsən Ruhani 32-ci əyalət səfəri çərçivəsində Mərkəzi əyalətə səfər edib. Səfər zamanı Ərak sakinləri qarşısında çıxış edən Həsən Ruhani deyib: Hökumət ölkənin hər bir yerində olduğu kimi, Mərkəzi əyalətdə də sənaye bölmələrinin bərpası və canlandırılmasına səy göstərir.

H.Ruhani əlavə edib: Mərkəzi əyalət bir çox sənaye və istehsal müəssisəsinə malik olmaqla İran sənayesinin aparıcı qoluna çevrilmək potensialına malikdir. 

İran prezidenti daha sonra nüvə anlaşmasının faydalarına işarə edib və deyib: Nüvə anlaşması İran xalqının hüquqlarının bərpa edilməsi, Ərak ağır suyunun dünyanın sənayeləşmiş ölkələrinə ixrac olunması habelə, İranın neft və qaz və neft-kimya məhsullarının dünyaya azad şəkildə çıxarılması mənasındadır. 

H.Ruhani əlavə edib: Nüvə anlaşması İran xalqının qələbəsidir və bu gün İran ilə dünya arasında ticarətin azad edilməsi və BMT TŞ-nin İranla bağlı 6 qətnaməsinin ləğv edilməsinə sevinməyən yoxdur.

Açar sözlər:
مشاهده مطلب
yorum
  • 0
  • 0
  • 0
  •  
آناج نظرات حاوی ...
  •