Tehran Xəzəryanı ölkələrin işçi qrupunun 47-ci iclasına ev sahibliyi edir
  • 2016.10.22 15:07
  • 62741

Tehran Xəzəryanı ölkələrin işçi qrupunun 47-ci iclasına ev sahibliyi edir

Xəzər dənizinin hüquqi konvensiyasının tənzimlənməsi üzrə xüsusi işçi qrupunun 47-ci iclası sabah İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar ofisində işə başlayacaq.

Anaj xəbər agentliyi-nin verdiyi məlumatına görə, Bu iclasda Xəzəryanı beş ölkə, İran İslam Respublikası, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri və xüsusi nümayəndələri iştirak edəcək. 

Bu iki günlük iclasda Xəzər dənizinin hüquqi konvensiyasının ilkin mətnində qeyd olunan önəmli məsələlər barədə müzakirələrdən əlavə, Qazaxıstanda Xəzəryanı ölkə başçılarının 5-ci zirvə toplantısına hazırlıq barədə də fikir mübadiləsi aparılacaq. 

Xəzər dənizinin hüquqi konvensiyasının tənzimlənməsi üzrə işçi qrupunun son toplantısı Astana şəhərində 5 ölkənin xarici işlər nazirlərinin iclasından bir gün öncə keçirilmişdir. 

Açar sözlər:
مشاهده مطلب
yorum
  • 0
  • 0
  • 0
  •  
آناج نظرات حاوی ...
  •