İran və azərbaycanlı nazirlər iqtisadi münasibətlərin gücləndirilməsini vurğuladılar
  • 2015.04.16 16:50
  • 5904

İran və azərbaycanlı nazirlər iqtisadi münasibətlərin gücləndirilməsini vurğuladılar

İranın kooperasiya, əmək və sosial rifah nazirinin Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri ilə bu gün baş tutan görüşündə iki ölkə arasında iqtisadi münasibətlərin gücləndirilməsi vurğulanıb.

“Anaj” xəbə agentliyi - Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyində baş tutan bu görüşdə tərəflər iki ölkənin iqtisadi dövriyyəsinin qarşısında duran maneələrin aradan qaldırılması və iqtisadi əlaqələrin genişləndirilməsini vurğulayıblar.  Bu görüşdə iki ölkə arasında çoxlu ortaqlıqlara toxunan Əli Rəbii deyib: İki ölkə arasında iqtisadi münasibətlər müsbət siyasi əlaqələrlə addım-addım inkişaf etməyib və iki ölkənin adına layiq iqtisadi münasibətlərin gücləndirilməsi üçün lazımi addımların atılması zəruridir.

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də bu görüşdə iki ölkənin çoxlu ortaqlıqları və iki ölkə rəhbərlərinin ikitərəfli əməkdaşlıqların bütün səviyyələrdə gücləndirilməsinə dair ciddi iradəsinə toxunub və ikitərəfli münasibətlərin gələcəyini müsbət adlandıraraq deyib: İki ölkə arasında ticarət əlaqəsi artıb və iki ölkənin özəl sektorları da öz münasibətlərini gücləndirməkdədirlər.

İkitərəfli əməkdaşlıqdan əlavə münasibətlərin gücləndirilməsi istiqamətində İran, Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli əməkdaşlığı da müsbət qarşılayırıq.  Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri İranla 5+1 Qrupu arasında nüvə müzakirələrinə də münasibət bildirib, bu müzakirələrdə irəliləyişin əldə olunmasından məmnun qalıb və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İranın mövqeyini alqışlayıb. 

Açar sözlər:
مشاهده مطلب
yorum
  • 0
  • 0
  • 0
  •  
آناج نظرات حاوی ...
  •