İranın qeyri-neft ixracatının artırılması diqqət mərkəzindədir
  • 2016.08.13 12:12
  • 55863

İranın qeyri-neft ixracatının artırılması diqqət mərkəzindədir

İranın Ticarət İnkişafı Təşkilatının sədr müavini deyib: İranın qeyri-neft ixracatının 52 milyard 500 milyon dollara artırılması İranın Ticarət İnkişafı Təşkilatının məqsədlərindəndir.

Anaj xəbər agentliyi-nin verdiyi məlumatına görə, İranın Ticarət İnkişafı Təşkilatının sədr müavini Məhəmməd Rza Mududi ötən 4 ayda İranın qeyri-neft ixracatının 21% artmasına toxunaraq deyib: Beynəlxalq əlaqələrin yaxşılaşması və ixracat bazarının genişləndirilməsi İranın ticraətinin müsbət olmasında təsirlidir. 

Mududi deyib: Ötən 4 ayda İranın ixracatı 3 milyard 500 milyon dollar idxalı arxada qoyub və idxalat da ötən ilin oxşar vəziyyəti ilə müqayisədə 7% azalıb. 

Mududi həmçinin deyib: Ötən 4 ayda qaz kondensantlarını hesablamaqla İran məhsullarının ixracatı 16 milyard 308 milyon dollar və idxalatı 12 milyard 865 milyon dollar olub. Beləliklə İran ticarəti yaxşılaşıb. 

İranın Ticarət İnkişafı Təşkilatının sədr müavini bildirib: Ötən dörd ay ərzində İranın qeyri-neft ixracatı sahəsində 76 mədən, 41 neft-kimya və 26 sənayedə irəliləyiş olub. 

Açar sözlər:
مشاهده مطلب
yorum
  • 0
  • 0
  • 0
  •  
آناج نظرات حاوی ...
  •