İranda 73 milyard dollarlıq investisiya üzrə müzakirələr
  • 2016.05.14 16:55
  • 47063

İranda 73 milyard dollarlıq investisiya üzrə müzakirələr

İran İslam Respublikası prezidentinin müavini deyib: Ötən 8 ayda 8 prezident, 5 baş nazir və 13 xarici işlər naziri Tehrana gəlib və 73 milyard dollardan əlavə investisiya mövzusu barədə İranla müzakirələr aparılıb.

Anaj xəbər agentliyi-nin verdiyi məlumatına görə, İranın vitse prezidenti Məhəmmədbaqir Nobəxt Tehranda səhiyyə sahəsinə investisiya mövzusunda keçirilən beynəlxalq konfransda etdiyi çıxışında deyib: Son 8 ayda 3 milyard 418 milyon dollar həcmində bir başa xarici investisiya üçün fəaliyyət lissenziyası verilib.

Nobəxt deyib: İran hökuməti üçün səhiyyə sahəsi prioritet təşkil edir, son iki il ərzində bu sahəyə onlarla milyard dollar investisiya yatırdılıb.

İran prezidentinin müavini deyib: Səhiyyə və müalicə sektoruna daxili və xarici investisiyaların cəlb edilməsi İranın inkişaf proqramlarında diqqət mərkəzində saxlanılan cəhətlərdən biridir.

səhiyyə sahəsinə investisiya fürsətləri adı altında keçirilən konfrans, 100-dən çox xarici şirkətin iştirakı ilə bu gün Tehranda öz işinə başlayıb.

Konfransı icraçı katibi Fərhad Rizvanın dediyinə görə, İranın səhiyyə sektorunda investisiya fürsətləri çox böyükdür və ona görədə keçirilən konfransa 105 əcnəbi şirkət qatılıb.

Açar sözlər:
مشاهده مطلب
yorum
  • 0
  • 0
  • 0
  •  
آناج نظرات حاوی ...
  •