İran və Azərbaycan arasında ticarət mübadilələrinin həcmi artır
  • 2015.10.08 12:41
  • 23443

İran və Azərbaycan arasında ticarət mübadilələrinin həcmi artır

İran Azərbaycan yolu ilə Rusiya ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək istəyir.

Anaj xəbər agentliyi - Şərqi Azərbaycan vilayəti valisinin siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbstəri deyib: İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən il 500 milyon dollar olub. Bu il isə bu rəqəm 680 milyon dollara yüksəlib.
Azərtac bildirir ki, bu ixracatın 20%-i Şərqi Azərbaycan vilayətinə məxsusdur. Şərqi Azərbaycan vilayətinin Azərbaycan ilə müştərək sərhədə malik olması ikitərəfli əlaqələrin genişlənməsinə münasib şərait yaradıb.
Şərqi Azərbaycan vilayəti valisinin müavini həmçinin deyib: Şərqi Azərbaycan vilayəti sənaye və kənd təsərrüfatı baxımından İranın ən öncül məntəqəsidir və bu vilayətdən Azərbaycana əsasən meyvə və tərəvəz ixrac olunur.


Şəbstəri əlavə edib: Azərbaycan qonşu bir ölkə olaraq, İran üçün xüsusi önəm daşıyır və biz Rusiya ilə iqtisadi və ticarət əlaqələrimizi Azərbaycan vasitəsiylə artırmaq niyyətindədyik.


Şəbstəri həmçinin, bu məntəqədə Azərbaycanlı iş adamları və sərmayə sahibləri üçün geniş imkanların olduğuna işarə edib və deyib: Araz Azad Ticarət Zonası böyük bir ərazini əhatə edir və sərmayə qoyuluşu üçün böyük güzəştlərə malikdir.

Açar sözlər:
مشاهده مطلب
yorum
  • 0
  • 0
  • 0
  •  
آناج نظرات حاوی ...
  •