Vilayəti ABŞ prezidentinin Qüdsü saxta İsrail rejiminin paytaxtı elan etməsinə reaksiyada bu hərəkəti Qərbi Asiya və islam dünyasında ABŞ-ın siyasi həyatına son zərbə adlandırıb.
Anaj Agentliyi: Əli Əkbər Vilayəti cümə axşamı günü Tehranda 31-ci Beynəlxalq İslam Vəhdəti Konfransının bağlanış mərasimində İŞİD terror qruplaşmasının müqavimət cəbhəsi tərəfindən məğlub edilməsinə toxunaraq bildirib: İŞİD-in məhvi ilə islam dünyası bir daha Fələstin məsələsini özünün prioritet məsələsi seçmişdir.
Vilayəti həmçinin son illər ərzində islam dünyasında və Qərbi Asiyada böhran yaradan hərəkətlər, etnik, məzhəb və firqə gərginlikləri və vəkalət savaşlarının artmasına toxunaraq deyib: Bu qarşıdurmaların kökünü ABŞ və onun regional müttəfiqlərinin imperialist və müstəmləkəçi siyasətlərində axtarmaq lazımdır.
İslami Oyanış Beynəlxalq Assambleyasının baş katibi regionun destabil şəraitindən çıxmağın yolunu İslam dünyasında birlik, qardaşlıq və bütün məzhəbi, ictimai, mədəni və siyasi səviyyələrdə onun dərinləşdirilməsi adlandırıb.
31-ci Beynəlxalq İslam Vəhdəti Konfransı çərşənbə axşamı günü 500 yerli və xarici qonağın iştirakı ilə Tehranda işə başlayıb. Vəhdət və İslamın yeni sivilizasiyasının zəruri addımları devizi altında keçirilən bu konfrans ötən gecə öz işinə yekun vurub.