İslam Vəhdəti Konfransının yekun bəyanatında yeni intifazə vurğulandı
  • 1396/09/18 15:11
  • 94621
31-ci Beynəlxalq İslam Vəhdəti Konfransı;

İslam Vəhdəti Konfransının yekun bəyanatında yeni intifazə vurğulandı

31-ci Beynəlxalq İslam Vəhdəti Konfransı yekun bəyanatında ABŞ prezidentinin Qüds haqda son açıqlamasını pisləyib, islam dünyasının Qüds-Şərifə təcavüz qarşısında Fələstində yeni intifazəyə ehtiyaclı olduğunu bildirib.

Anaj Agentliyi: İslam dünyasının yüzlərlə şiə və sünni aliminin iştirakı ilə Tehranda keçirilən 31-ci Beynəlxalq İslam Vəhdəti Konfransında yekun bəyanat oxunub və ABŞ prezidentinin işğalçı sionist rejimin paytaxtının Beytül-Müqəddəsə köçürülməsinə dair qərarı pislənilib. 

Bu bəyanatda Qüds-Şərifin yəhudiləşdirilməsi və müsəlmanların müqəddəs məkanlarının ələ keçirilməsinə dair ABŞ-ın yeni siyasəti ilə qarşılaşmağın vacibliyi vurğulanıb. 

31-ci Beynəlxalq İslam Vəhdəti Konfransının yekun bəyanatında zamanın tələblərinə uyğun olaraq islam sivilizasiyasının dirçəlişi üçün islam dünyasının potensiallarına toxunulub və düşmənlərin məkrli planları ilə qarşılaşmaq üçün islam ölkələrinin birliyi vurğulanıb. 

Bəyanatda Əfqanıstan, İraq, Suriya və Yəmən kimi bəzi islam ölkələrinin qırğın və viranəlikdən əziyyət çəkməsindən təəssüf ifadə olunub və imperializm və sionizmin məqsədlərinin gerçəkləşməsi istiqamətində çalışan islam dünyasındakı bəzi dövlətlər və cərəyanların belə əzab-əziyyətlərə səbəb olduğu qeyd olunub. 

5-7 dekabrda Tehranda keçirilən 31-ci Beynəlxalq İslam Vəhdəti Konfransında 63 ölkədən 500 alim, ziyalı, tədqiqatçı və media fəalı iştirak edirdi. 

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •