مدرسه میثاق
نمایشگاه فناوری 96
General Cəfəri: İranın diplomatik və müdafiə kursu eynidir
  • 1396/07/18 16:28
  • 92316
Sepah-ın baş komandanı;

General Cəfəri: İranın diplomatik və müdafiə kursu eynidir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı İran İslam Respublikasının diplomatik və müdafiə kursunun, onların ifadə edilmə tərzinin fərqli ola bilməsinə rəğmən, eyni olduğunu söyləyib.

Anaj Agentliyi: General-leytenant pasdar Məhəmməd Əli Cəfəri bazar ertəsi günü gecə Tehranda İslam İnqilabının qələbəsinin 40-cı ildönümünün keçirilməsi üzrə koordinasiya yığıncağında əlavə edib: İranın bütün bölmələrində düşmənlər və düşmənlərin İran İslam Respublikasına qarşı düşmənçilikləri əleyhinə mövqeyin elan edilməsində ahəngdarlıq mövcuddur.

Sepah-ın baş komandanı  Birləşmiş Ştatların nüvə anlaşmasına və Sepah-a qarşı ehtimal olunan hərəkətlərinə reaksiyada belə deyib: Amerikanın ehtimal olunan hərəkətlərinə cavab vermək üçün İranın siyasi, ictimai və və müdafiə sahələrində münasib imkanlar mövcuddur və İranın xarici işlər nazirliyi, həmçinin müdafiə və təhlükəsizlik bölmələrinin mövqeləri eynidir.

Birləşmiş Ştatların prezidenti oktyabrın 12-də genişmiqyaslı birgə fəaliyyət planı barədə qərarını elan etməklə yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusu da daxil olmaqla ölkəsinin yeni anti-İran tədbirlərinə dair strategiyasını açıqlamağı planlaşdırır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu mərasimdə İranın müdafiə imkanlarının müzakirə edilə bilməyəcəyini vurğulayıb və belə deyib: Qərblilər bu məsələni yaxşı bilirlər ki, İran İslam Respublikası öz müdafiə imkanlarını müzakirə etmir.

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •