موسسه کوثر
مدرسه میثاق
İran və Türkiyənin Strateji Əməkdaşlıq Ali Şurası iclası təşkil olunacaq
  • 1396/07/12 14:28
  • 92037
Ruhani Ərdoğanı rəsmən qarşılayıb;

İran və Türkiyənin Strateji Əməkdaşlıq Ali Şurası iclası təşkil olunacaq

İran İslam Respublikası prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Tehranın Sədabad mədəni-tarixi obyektində rəsmi şəkildə qarşılayıb.

Anaj Agentliyi: Türkiyə prezidentinin rəsmi qarşılanması mərasimində iki ölkənin milli himnləri səsləndirilib və sonra yüksək səviyyəli heyətlərin üzvləri təqdim olunub.

Rəsmi qarşılanma mərasimindən sonra İran və Türkiyə prezidentlərinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər haqda ikitərəfli danışıqları başlanıb.

İran və Türkiyənin Strateji Əməkdaşlıq Ali Şurası və yüksək səviyyəli heyətlərin iclasları iki ölkə prezidentlərinin rəhbərliyi ilə təşkil olunacaq və İran və Türkiyə arasında bir neçə ikitərəfli əməkdaşlıq sənədi imzalanacaq.

Türkiyə prezidenti bu gün yüksək səviyyəli heyətin müşayiəti ilə İran İslam Respublikası rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə Tehrana səfər edib.

Rəcəb Tayyib Ərdoğan regional və beynəlxalq məsələlər, o cümlədən kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum haqda İranın yüksək səviyyəli rəsmiləri ilə fikir mübadiləsi aparacaq.

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •