terrorizm ilə mübarizə aparmaq üçün müsəlman alimlər arasında əməkdaşlıq lazımdı
  • 1396/05/15 15:46
  • 87482
Ayətullah Möhsün Əraki;

terrorizm ilə mübarizə aparmaq üçün müsəlman alimlər arasında əməkdaşlıq lazımdı

İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi İslam Dünyası alimlərinin terrorizm ilə mübarizə aparmaq məqsədi ilə əməkdaşlıq etmələrini istəyib.

Anaj Agentliyi: Ayətullah Möhsün Əraki şənbə günü Tehran və Bakı arasında birgə seminarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb.

Ayətullah Əraki bu görüşdə terrorizm əleyhinə sadəcə hərbi mübarizənin kafi olmadığını vurğulayaraq, deyib: Müharibə və terrorizmin regionu bürüdüyü hazırkı şəraitdə birlik və həmrəyliyin qorunması vacibdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də bu görüşdə İran və Azərbaycan arasında dini əməkdaşlıqların genişləndirilməsini istəyərək, bu kimi seminarların keçirilməsini birgə əməkdaşlıqların nəticəsi adlandırıb.

İran və Azərbaycan arasında ilk birgə düşüncə seminarı "İran və Azərbaycan alimlərinin baxışında İslam həmrəyliyi" mövzusu ilə Tehranda keçirilməkdədir. Bu seminara hər iki ölkənin ziyalı təbəqəsindən tanınmış simalar qatılıb.

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •