• 1396/04/22 15:17
  • 85412
17 şəvval günü İran-da

"Pəhləvanlıq mədəniyyəti və Zorxana idmanı" günü

17 şəvval İran təqvimində "Pəhləvanlıq mədəniyyəti və Zorxana idmanı" günü olaraq qeyd olunur. Zorxana idman növü İranda qədim köklərə malikdir və mənəvi güc ilə fiziki gücün birləşməsindən doğan mərdlik nişanəsidir.

Anaj Agentliyi: 17 şəvval həzrət Əlinin(ə) Əmir ibn Əbdəvid ilə mübarizə günüdür. Əli(ə) bu mübarizədə Əbdəvidi qəzəb üzündən deyil, Allah ilə olan düşmənçiliyinə görə öldürür. Bu isə pəhləvanlıq xüsusiyyətidir. 

Bu idman növü iranlılar və müsəlmanlar yanında böyük əhəmiyyətə malik olmaqla yanaşı, pəhləvanlıq və Zorxana idman növünə aid xüsusiyyətlər YUNESKO tərəfindən mənəvi irs kimi qeydə alınıb. 

Zorxana idman növü özünəməxsus ənənələrə və qaydalara malikdir. Zorxana zəngi ilə yanaşı olan şer və dastanlar bu növ musiqinin əsas xüsusiyyətləridir və idmançıları cuşa gətirmək üçün "mürşid" tərəfindən oxunur. 

Zorxana idman növünün şüarı "Ruh və cismi yetişdirmək"dir. Bu idman növü fiziki baxımdan sağlamlığa xidmət etməklə yanaşı, ruhun təmizlənməsi və möhkəmləndirilməsində də böyük rola malikdir. Bu idman növü mərdlik və fədakarlıq ruhiyyəsini yaymaqla məşğuldur. 

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •