پارک دلفین باغلارباغی 2
بانک مهر اقتصاد
فرم جذب خبرنگار - داخلی
قاصدک 24
Separatçılıq islam düşmənlərinin xeyrinədir
  • 1396/04/20 15:38
  • 85248
Əli Əkbər Vilayəti;

Separatçılıq islam düşmənlərinin xeyrinədir

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri deyib: Regionda və islam dünyasında istənilən separatçılıq hərəkəti islam düşmənləri, xüsusilə də ABŞ və sionist rejimin xeyrinədir

Anaj Agentliyi: İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti bazar ertəsi günü Türkiyənin Vətən partiyasının sədri Doğu Perinçeklə Tehranda görüşdən sonra jurnalistlərə deyib: İran region ölkələri, o cümlədən İraq, Qətər, Livan, Yəmən və digər ölkələrə qarşı təhdidin əleyhinədir. 

Vilayəti bildirib: İran və Türkiyə əlaqələri tarix, mədəniyyət və din kimi müştərək amillərin gücləndirilməsi istiqamətində hərəkət etməsinə və iki ölkənin yeni müştərək amillərin yaratmasına səbəb olub. 

O həmçinin deyib: Mədəni, siyasi və iqtisadi əlaqələr və enerji və beynəlxalq səviyyədəki əməkdaşlıqlar inkişaf etməkdədir və hər iki tərəf bu prosesdən razıdır. 

Türkiyənin Vətən partiyasının sədri Doğu Perinçek də bu görüşdə deyib: ABŞ və İsrail region ölkələrinin ərazi bütövlüyünü hədələməkdədir və İsrail Böyük Kürdüstan adlı başqa bir İsrailin yaradılması üçün proqram hazırlayır. 

Türkiyənin Vətən partiyasının sədri həmçinin deyib: İran və Türkiyə arasında etimadın yaradılması Qərbi Asiyada təhlükəsizlik və dincliyin bərpa olunması ilə nəticələnəcək. 

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •