موسسه کوثر
مدرسه میثاق
İran və Azərbaycanın  media əməkdaşlıqlarının inkişaf yolları araşdırılıb
  • 1396/04/20 15:39
  • 85246
Hüseyn İntizami media heyəti ilə Bakıda;

İran və Azərbaycanın media əməkdaşlıqlarının inkişaf yolları araşdırılıb

İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya məsələləri üzrə müavininin Azərbaycanın mədəniyyət və turizm naziri ilə görüşündə iki ölkənin media və mədəniyyət əməkdaşlıqlarının inkişaf etdirilməsi vurğulanıb.

Anaj Agentliyi: Bu gün günortadan sonra Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində baş tutan bu görüşdə İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya məsələləri üzrə müavini Hüseyn İntizami iki ölkənin mətbuat və mediaları arasında media əlaqələrinin inkişaf etdirilməsi və qardaşlıq şəraitinin yaradılması, eləcə də iki ölkənin media heyətlərinin səfəri üçün şəraitin yaradılması yolu ilə əlaqələrin genişləndirilməsini İranın beş nəfərlik media heyətinin Bakıya səfərinin əsas məqsədlərindən adlandırıb.

Hüseyn İntizami müxtəlif sahələrdə iki ölkə əlaqələrinin inkişafında mədəniyyət və media diplomatiyasının inkişaf etdirilməsinin rolunu önəmli adlandırıb və iki ölkənin mədəni və dini ortaqlığına toxunaraq əlavə edib: İran Azərbaycanla müxtəlif cəhətlərdə, xüsusilə də mədəni və media əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bu görüşdə İran İslam Respublikasına son səfəri və İranda Azərbaycan mədəniyyət günlərinin yüksək səviyyədə keçirilməsindən razılıq edərək deyib: İki ölkənin mədəni və turizm əməkdaşlıqlarının inkişafnın gerçəkləşdirilməsi üçün bu səfərin nəticələri və iki tərəfin mədəniyyət əlaqələrinin inkişafı yolları bu gün səhər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində baş tutan iclasda araşdırıldı.

Qarayev İsfahan və Ərdəbil vilayətlərinə səfəri və İranda müxtəlif etnosların mədəni irslərinin mövcud olduğunu xatırladıb və deyib: İndiyə qədər Novruz və lavaş çörəyi müştərək şəkildə iki ölkənin mədəni irsi olaraq YUNESKO-da qeydə alınıb və kamançanın da müştərək irs olaraq qeydə alınmasına çalışırıq.

O əlavə edib: İranda Azərbaycan mədəniyyət günləri proqramları bir film çərçivəsində Azərbaycanın rəsmi dövlət televiziyası AZTV vasitəsi ilə Azərbaycan vətəndaşlarının izləməsi üçün yayımlanacaq.

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •