موسسه کوثر
مدرسه میثاق
İŞİD-in himayədarları İranla güclərini sınamasınlar
  • 1396/03/30 15:46
  • 83064
General Esmaili urğulayıb;

İŞİD-in himayədarları İranla güclərini sınamasınlar

İran İslam Respublikası ordusunun Xatəmulənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terrorçuların Suriyadakı mövqelərinə qarşı hücumuna işarə edərək, vurğulayıb: İranın İŞİD terror qrupunun himayədarlarına mesajı budur ki, İranla güclərini sınamasınlar.

Anaj Agentliyi: 

General-mayor Fərzad Esmaili bu gün IRIB ilə müsahibədə söyləyib: İran İslam Respublikasının müdafiəsi güzəştsiz bir cavabdır və 2014-cü ildə müştərək xarici qüvvələri Əfqanıstana daşıyan təyyarə məsələsində də İran sübut etdi ki, əgər qərar olsa ki, İranın səmasından yalançı keçidə malik olmuş olsunlar, onda yerə enməli və üzr istəməlidirlər.

İran İslam Respublikası ordusunun Xatəmulənbiya Hava Hücumundan Müdafiə Qərargahı 2014-cü ilin sentyabrında 108 hərbçiyə şamil olan ISAF qüvvələrini daşıyan bir təyyarəyə yalan informasiyalar verməsinə görə xəbərdarlıq edərək, onu İranın cənubundakı Bəndər-Abbas şəhərinin hava limanında fövqəladə eniş etməyə və təyyarənin pilotunu üzr istəməyə məcbur etdi.

General-mayor Esmaili həmçinin İran İslam Respublikası Hava Hücumundan Müdafiə Qüvvələrinin vəziyyətini qənaətbəxş adlandıraraq, əlavə edib: Hər bir təyyarə İranın səmasından keçmək üçün icazəyə malik olmalıdır və əgər o, icazəsiz olarsa, ya yerə enməlidir, ya da ki, vurulub yerə salınacaqdır.

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •