فرم جذب خبرنگار - داخلی
بانک مهر اقتصاد
پارک دلفین باغلارباغی 2
قاصدک 24
Sepah-ın İŞİD terrorçularına qarşı raket hücumu
  • 1396/03/29 15:48
  • 82956
Dünya mediaları xəbərlərinin önündə;

Sepah-ın İŞİD terrorçularına qarşı raket hücumu

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Suriyanın Diyrəlzur şəhərində terroçuların mövqelərinə qarşı raket hücumu dünya medialarında geniş əks-səda doğurubdur.

Anaj Agentliyi: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah dünən gecə Suriyadakı təkfirçi terrorçuları tənbeh etmək məqsədilə bu ölkənin şərqində yerləşən Diyrəlzur şəhərində təkfirçi terroçuların komandanıq mərkəzi, eləcə də onların toplaşma və dəstək, həmçinin partlayıcı avtomobil istehsalı mərkəzlərini, altı ədəd "quru-quru" tipli orta mənzilli raketlə hədəfə alıbdır. 

Bu raketlər İraqın səmasından keçib, 650 kilometrlik məsafəni arxada qoyaraq, təyin olunmuş hədəflərə dəyibdir.

Assoşieyted-Press İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terrorçuların Suriyadakı bazalarına qarşı hücumuna reaksiyada bildirib ki, Sepah İŞİD-in 7 iyunda Tehranda törətdiyi hücumlara cavab olaraq, bu hücumu həyata keçiribdir.

Frans-Press-in vebsaytı da bu barədə bildiribdir ki, bu, İranın İran-İraq müharibəsindən və otuz ildən sonra öz sərhədlərindən kənara edilən ilk raket hücumudur.İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın İŞİD-in Diyrəlzurdakı mövqelərinə qarşı raket hücumu Suriya medialarında da geniş informasiya əks-sədası doğurubdur.

Suriyanın Ələxbariyyə telekanalı bildiribdir ki, iranlı qüvvələrin terror qruplarının Suriyanın Diyrəlzur məntəqəsindəki mövqelərinə qarşı raket hücumu İŞİD terror qrupuna nəzərəçarpacaq xəsarətlər vurub və nəzərəçarpacaq dərəcədə terrorçu məhv edilibdir.

CNN-in Tehrandakı müxbiri Sepah-ın terrorçuların Suriyadakı qərargahına qarşı raket hücumunu fövqəladə və nadir adlandıraraq, bildiribdir ki, İranın Suriyaya qarşı raket hücumu İranın Suriya olaylarındakı rolunun artdığını göstərir.

Rusiyanın televiziya və radio kanalları, eləcə də xəbər agentlikləri, o sıradan Russia Today, Sputnik, Russkiy Mir, Zvezda, Ren TV, Life Nyus, Rusiya Federal Xəbər Agentliyi və Ria-Novosti bu hücumu işıqlandıraraq, bildiriblər ki, Sepah Tehranda törədilmiş terror hücumlarına cavab olaraq, orta mənzilli raketlərlə terror qruplarının Suriyanın Diyrəlzur məntəqəsindəki mövqelərini hədəfə alıbdır ki, bu hücum nəticəsində çoxlu sayda terrorçu ölüb və terrorçuların mövqelərinə nəzərəçarpacaq dərəcədə xəsarət dəyibdir.

Nyu-York Post qəzetinin vebsaytı bu haqda yazıb: İran Tehranda törədilmiş terror hücumlarına cavab olaraq, İŞİD-in Suriyadakı mövqelərini hədəfə alıb.

Röyters də bildiribdir ki, İran bazar günü Suriyanın şərqinə tərəf raket ataraq, terrorçuların həmin məntəqədəki bazalarını Tehran hücumlarına cavab olaraq, hədəfə alıbdır.  Röyters yazıb: Bu hücum çoxlu sayda terrorçunun ölməsi və onların silah və sursatlarının məhv olması ilə nəticələnibdir.

Çində ən böyük mətbuat qrupu olan "Peoples Dayli" qəzeti və Sin-Xua xəbər agentliyi də bu barədə belə yazıblar: İran Tehran terror hücumlarına cavab olaraq, özünün orta mənzilli raketlərilə Suriyanın Diyrəlzur məntəqəsini  hədəfə alıbdır.

Livanın Əlməyadin və Əlminar telekanalları, Avstriyanın APA rəsmi informasiya agentliyi, Ukraynanın rəsmi informasiya agentliyi, Parisdə çıxan Le-Fiqaro qəzeti və Fransa beynəlxalq radiosu, Misirin Əlşəruq və Əlyəum-Əlsabə qəzetləri, Birləşmiş Ərəb Əmirliklərinin bir mətbuat orqanı, "Ələrəbiyyə net" vebsaytı, eləcə də İlaf və Əlcəzirə vebsaytları da İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terrorçuların Suriyadakı mövqelərinə qarşı raket hücumunu işıqlandırıblar.

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •