پارک دلفین باغلارباغی 2
فرم جذب خبرنگار - داخلی
بانک مهر اقتصاد
قاصدک 24
İranın idman karvanı ümumdünya fəhlə idman yarışlarında 64 medal qazanıb
  • 1396/03/28 15:50
  • 82732
Latviyada 64 medal;

İranın idman karvanı ümumdünya fəhlə idman yarışlarında 64 medal qazanıb

İranın fəhlələrdən ibarət idman karvanı Latviyada keçirilən ümumdünya fəhlə idman yarışlarının sonuncu günündə 64 medal qazanmağa müvəffəq olubdur.

Anaj Agentliyi: İranın fəhlələrdən ibarət idman karvanı Latviyada keçirilən beşinci ümumdünya fəhlə idman yarışlarında kişilərin yüngül atletika, şahmat, stolüstü tennis, yunan-roma güləşi, çimərlik güləşi, cüdo və çimərlik voleybolu, həmçinin qadınların yüngül atletika və stolüstü tennis yarışlarında 36 qızıl, 14 gümüş və 14 bürünc medal əldə etməyə müvəffəq olubdur.

İranın idman karvanı habelə şahmat, stolüstü tennis, futbol və mini-futbol yarışlarında medal qazanmaq şansına malik idi, lakin sionist rejimlə bir qrupa düşdüyü üçün bu idman növləri üzrə yarışları davam etdirmək firkrindən daşınıbdır.

Beşinci ümumdünya fəhlə idman yarışları iyunun 13-dən 18-dək  Latviyanın paytaxtı Riqa şəhərində keçirilib.

İranın idman karvanı bu yarışlarda 19 komanda ilə 11 idman növündə iştirak edibdir.

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •