قاصدک 24
فرم جذب خبرنگار - داخلی
پارک دلفین باغلارباغی 2
بانک مهر اقتصاد
Səudiyyəlilər Terrorçuları maliyələşdirir
  • 1396/03/25 15:44
  • 81992
İran təhlükəsizlik naziri;

Səudiyyəlilər Terrorçuları maliyələşdirir

İran İslam Respublikası təhlükəsizlik naziri dünən gecə ölkənin cənub şərqində yerləşən Sistan və Bəluçestan ostanında Çabahar şəhərində bir terror dəstəsinin məhv edildiyini bildirib.

Anaj Agentliyi: İRNA-nın verdiyi məlumata görə, Seyid Mahmud Ələvi deyib: İmam Zamanın(ƏC) adsız əsgərlərinin  Çabahar şəhərində həyata keçirdiyi anti-terror  əməliyyatlarında 2 terrorçu öldürülüb beşi də həbs edilib. 

İİR təhlükəsizlik naziri deyib: Bu əməliyyatda İmam Zamanın(əc) adsız əsgərlərindən biri yüksək şəhadət dərəcəsinə nail olub. 

Ələvi dünən ölkənin qərbində Kürdüstan ostanında da bir terror dəstəsinin müəyyənləşdirilərək məhv edilməsindən xəbər verib. 

İİR təhlükəsizlik naziri Səudiyyə Ərəbistanının terrorçu dəstələri maliyyələşdirdiyini bildirərək deyib: Qonşu ölkələr tərəfindən çoxlu sayda muzdlu İranda terror əməliyyatı törətmək üçün fəaliyyətə cəlb edilib. 

Ələvi deyib: Çabaharda həbs edilən 5 terrorçudan ikisi qonşu ölklələrdən birinin vətəndaşıdır. 

Ötən çərşənbə günü terrorçu İŞİD qrupunun ünsürlərinin Tehranda İslami Şura Məclisi və İmam Xomeyninin(r.ə) məqbərəsinə qarşı terror hücumlarında 17 nəfər şəhid oldu onlarla adam yaralandı. 

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •