İnqilab Rəhbərinin iştirakı ilə İmam Əlinin (ə) əzadarlıq mərasimi keçirilib
  • 1396/03/25 15:45
  • 81990
Dünya şiələrinin 1-ci imamı Həzrət Əlinin (ə) vurulmasının ildönümü;

İnqilab Rəhbərinin iştirakı ilə İmam Əlinin (ə) əzadarlıq mərasimi keçirilib

Dünya şiələrinin 1-ci imamı Həzrət Əlinin (ə) vurulmasının ildönümü günündə İslam İnqilabının Böyük Rəhbəri və müxtəlif xalq kütlələrinin iştirakı ilə əzadarlıq mərasimi İmam Xomeyni (rə) hüseyniyyəsində keçirilib.

Anaj Agentliyi: Həzrət Ayətullahülüzma Xameneinin əsərlərinin qorunması və nəşr olunması ofisinin məlumatına görə, çərşənbə günü günorta namazı qılındıqdan sonra keçirilən bu mərasimdə məddah Həzrət Əlinin (ə) əzasında müsibəti bəyan edərək mərsiyə oxuyub. 

40-ci hicri qəməri ili Mübarək Ramazan ayının 19-cu gecəsi səhərə yaxın Xəvaric qrupundan İbn Mülcəm Muradi dünya şiələrinin birinci imamı Həzrət İmam Əlinin (ə) sübh namazı qıldığı bir halda zəhərlənmiş qılıncla onun başından vurdu. 

Dünya şiələrinin birinci imamı bu zərbədən sonra evdə xəstə yatağına düşdü və iki gün sonra mübarək Ramazan ayının 21-də şəhid oldu.

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •