بانک مهر اقتصاد
اداره کل اوقاف استان
پارک دلفین باغلارباغی 2
فرم جذب خبرنگار - داخلی
قاصدک 24
گروه طراحی آرتین
Moskvada Ərdəbil Ticarət Palatasının ofisi açılıb
  • 1395/07/26 15:23
  • 62196

Moskvada Ərdəbil Ticarət Palatasının ofisi açılıb

Ərdəbil Ticarət Palatasının ofisi Moskvada fəaliyyətə başlayıb.

Anaj xəbər agentliyi-nın məlumatına görə, Ərdəbil şəhərinin Ticarət Palatasının Moskva şəhərindəki ofisi bazar günü Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş və onu müşayiət edən siyasi və iqtisadi heyətin iştirakı ilə Moskvanın "Food City" ticarət mərkəzində istifadəyə verilib. 

Ərdəbilin valisi bu ofisin açılış mərasimində İran və Rusiya başçılarının iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə olan təkidlərinə işarə edərək, deyib: İran və Rusiya tacirlərinin qarşılıqlı səfərləri və birgə sərgilərdə iştirak etməsi ticarət əlaqələrinin genişlənməsində təsirli ola bilər. 

Xudabəxş Rusiya tacirlərini Ərdəbil vilayətinə səfərə dəvət edərək, deyib: Emal sənayesi və hətta, Muğan məntəqəsində neft yataqlarının axtarışı sahəsində sərmayə qoyuluşu və ya iranlı tərəflər ilə birgə fəaliyyətin göstərilməsi üçün münasib zəminlər mövcuddur. 

Rusiyanın Ticarət və Sənaye Palatasının üzvü isə bu mərasimdə İran ilə iqtisadi və ticarət əlaqələrinin önəminə təkid edib və deyib: İki ölkə arasındakı ticarət mübadiləsinin həcmi son 6 ayda 65%-lik artımın şahidi olub. Gələn il üçün isə daha 25% artımın əldə edilməsi planlaşdırılıb. 

Bu rus rəsmi həmçinin deyib: Hazırda 500 İran şirkəti Rusiyada qeydiyyatdan keçib. Və daha 1000 şirkət də Rusiyada fəaliyyət göstərmək niyyətində olduğunu elan edib. İranın digər istehsal və ticarət bölmələri də Rusiyada müxtəlif sahələr üzrə xüsusi ilə kənd təsərrüfatı və ərzaq məhsulları sahəsində fəaliyyət göstərə bilər. 

کلید واژه ها:
تبلیغ داخلی آناج
مشاهده مطلب
نظر شما
  • 0
  • 0
  • 0
  •  
  • آناج نظراتی را که حاوی توهین است منتشر نمی‌کند.
  • لطفآ از نوشتن نظرات خود به صورت حروف لاتین (فینگیلیش) خودداری نمائید.
  • توصیه می‌شود به جای ارسال نظرات مشابه با نظرات منتشرشده، از مثبت و منفی استفاده فرمائید.
  • با توجه به آن که امکان موافقت یا مخالفت با محتوای نظرات وجود دارد، معمولا نظراتی که محتوای مشابهی دارند، انتشار نمی‌یابند.
  •